Hacıqabul, 9 mart, AZƏRTAC
Hacıqabul rayonu ərazisində minik avtomobilinin aşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə saat 13 radələrində Bakı-Qazax avtomobil yolunun Hacıqabul rayonu ərazisindən keçən qeydə alınıb. “VAZ” markalı minik avtomobilinin idarəetmədən çıxaraq aşması nəticəsində xəsarət alan iki nəfər Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.