
Gəncədə yeni doğulmuş körpə ölüb.

E-saglam.az "Report"a istinadla xəbər verir ki, hadisə Gəncə şəhər Perinatal Mərkəzdə qeydə alınıb.
Yeni doğulmuş oğlan uşağının ölümü qeydə alınıb. Məlumata görə, ananın vəziyyəti ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.