RU

Rus Çarının dostu “Putin İlham” özümüzü kəsən qılınca necə cevrildi?

Bir vaxtlar Rusiyada meyvə - tərəvəz biznesinin başında azərbaycanlı iş adamları dayanırdı. Meyvə - tərəvəz biznesinin milyonçu etdiyi yüzlərlə azərbaycanlı iş adamı ortaya çıxmışdı. O dövürlərdə Rusiyadan Azərbaycana, ölkə büdcəsinə çox ciddi pullar axırdı. 20 faizdən çox torpağı işgal edilmiş, 1 milyon qaçqını olan ölkənin o pullara çox ciddi ehtiyacı var idi. Hər bayramda Rusiyadan evlərinə qayıdanların xərclədiyi pullar isə əyalət iqtisadiyyatının aylarla ayaqda qalmasında böyük rol oynayırdı.

Moskvanınbu biznesin şah damarı, mərkəzi idi. Rusiyanın digər regionlarındakı meyvə bazaları da məhz Pokrovski bazarı ilə əlaqəli çalışırdı. Pokrovski Meyvə Bazarının adı dağıstanlıların olsa da, əsas söz sahibi, pul qazananı azərbaycanlılar idi. Bazarın içində azərbaycanlıların işlətdiyi və böyük pullar qazandıqları yüzlərlə ictimai-iaşə obyektləri, pul köçürmə, banklar, hüquqi xidmət fəaliyyət göstərirdi.

Pokrovski bazarında təxminən 30 min insan çalışırdı. Digər region bazalarında çalışan insanları da bura daxil etsək söhbət yüz minlərlə azərbaycanlını əhatə edən, illik dövriyyəsi milyardlarla dollar olanbir biznesden gedirdi.

Pokrovski bazarının direktoru vətənpərvər, xeyirxah və bacarıqlı bir iş adamı kimi tanınan şəmkirli Məhərrəm Quliyev idi. Bilənlər bilir ki, o zamanlarMəhərrəmMoskvaya gedib çıxan hər bir azərbaycanlının sənəd işindən tutmuş iş qurmasına qədər dəstək olub. Heç kimi nə yolda qoymazdı, nə də pulsuz...

Kəndlərində gözəl, müasir məktəb, uşaq bagçası, məscid tikdirib, kənd arası yollara asfald saldırıb, yüzlərlə kitabın çapına, xeyriyyəçilik tədbirlərinə sponsorluq edib. Biznesdən uzaqlaşdırmaq ücün ona oyun qurdular, Rusiya vətəndaşlığını ləgv etdilər, özünü isə ölkədən çıxartdılar.

Pokrovski bazada ən ucuz anbarın qiymeti 2 - 2.5 milyon dollar idi. Yüzlərlə anbarı və ticarət obyektlərini, bankları göz önünə gətirin. Dəyəri və dövriyyəsi milyardlarla dollarla ölçülən bu obyektlər sadə azərbaycanlı ailələrindən çıxmış insanlara məxsus idi.

Sonra nə oldu?

2013-cü ildə Orxan Zeynalov adlı bir şəxsin rus vətəndaşını öldürməsini bəhanə edərək, az qala bütün Rusiya Daxili İşlər Nazirliyini ayağa qaldıraraq, böyük bir terror təşkilatına qarşı mübarizə aparırlarmış kimi Pokrovski bazaya hücum edərək oranı dağıtdılar. Bir günün içində azərbaycanlılara məxsus milyardlarla dollar dəyərində olan əmlak və biznes itirildi.

İtirilən milyardların yeri bu günə qədər ölkə iqtisadiyyatında, regionların inkişafında bir zərbə kimi özünü göstərməkdədir.



Sonradan bu işlərin arxasından "Food Sity" bazarının qulağı görsəndi.Demə bu işlərin arxasında milyardlarla dövriyyəsi olan meyvə – tərəvəz biznesini ələ keçirmək istəyən “Putin İlham”ın dəstək verdiyi Qod Nisanov ve Zarah İliyev dayanırmış.

İlham Rəhimovu son 300 ildə Rus Çarına ən yaxın azərbaycanlı hesab etmək olar. Cox təəssüf ki, Rus Çarının dostu “Putin İlham” özümüzü kəsən qılınca çevrildi.

Artıq meyvə - tərəvəz biznesi azərbaycanlılara məxsus deyil. Daha bu sahədə heç bir milyonçu azərbaycanlı iş adamı qalmayıb. Sözə baxmayan, sərf etməyən iş adamlarının Rusiya vətəndaşlığı anındaca ləğv olunur, Bakıya deport edilir.

Bu gün "Food Sity" bazarında azərbaycanlılar hüquqsuz, ən çətin şərtlər altında işləyirlər. Hər addımda cərimələr, sanksiyalar, qiymət artımları ilə insanların nəfəsini kəsirlər. Şikayət etməyə isə yer yoxdur. Çünki bu işləri edənlərin arxasında Putinin əziz dostu dayanır. Cənab Dost isə Keşiş Qapon kimi milləti ortalıqda qoyub, bağlı qapılar arxasında gizlənib.

Şahin Nəcəfli


Xəbər 7 dəfə oxunub.
Избранный
10
xezernews.az

1Источники