RU

Gözlərimə inana bilmədim, tarixdə olmayıb – Peskovdan Zelenski ilə bağlı bənzətmə

“Ağ Evdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə mübahisənin görüntülərini görəndə gözlərimə inanmadım”.

Turkustan.az xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.

“Diplomatiya nöqteyi-nəzərindən belə hal heç vaxt olmayıb. Amma qədim zamanlarda olub ki, harasa səfərə gələn dövlət başçısının başını kəsiblər və ya əsir götürüblər. Fikrimcə, hətta orta əsrlərdə də bu cür vəziyyətə rast gəlinməyib. Təbii ki, peşəkar diplomat olduğum üçün görüntülərə təəccübləndim”, – deyə o, “Kreml” telekanalına müsahibəsində bildirib.

Qeyd edək ki, fevralın 28-də Zelenski Ağ Evdə ABŞ Prezidenti Donald Trampla görüşüb. İkisi arasında mübahisə yaranıb və Ukrayna nümayəndə heyəti Vaşinqton administrasiyasının tələbi ilə Ağ Evi vaxtından əvvəl tərk etmək məcburiyyətində qalıb./Globalinfo.az

Избранный
13
turkustan.az

1Источники