RU

Berta İngiltərə nəhəngi ilə razılığa gəldi

"Atletiko Madrid" sabiq idman direktoru Andrea Berta anoloji postu İngiltərə nəhəngində tutacaq.

Fanat.Az xəbər verir ki, informasiyanı "The Athletic"in jurnalisti David Ornşteyn yayıb.

Məlumata görə, Berta London "Arsenal"ı ilə razılığa gəlib. Mənbə "topçular"ın yaxın günlərdə təyinatı açıqlayacaqlarını vurğulayıb.

Xatırladaq ki, "Arsenal"ın idman direktoru Edu Qaspar ötən ilin noyabrında vəzifəsindən ayrılıb.

Nihat

Избранный
15
fanat.az

1Источники