RU

Cavid Hüseynov: "Qırmızı vərəqə almağımız oyuna çox təsir etdi"

"Çox ağır oyun idi. Bizim üçün bu dəqiqə xallar önəmli və vacibdir".

İdman.biz xəbər verir ki, bunu "Səbail"in baş məşqçisi Cavid Hüseynov Misli Premyer Liqasının 26-cı turu çərçivəsində "Zirə" ilə oyundan (1:0) sonra keçirilən mətbuat konfransında deyib.

Baş məşqçi bildirib ki, qırmızı vərəqə almaqları oyuna çox təsir edib: "Məğlub olduq. Rəqibi təbrik edirik. Qarşıdakı oyunlara baxacağıq. Hələ 10 tur var. Çalışacağıq ki, növbəti oyunlarda qələbə qazanaq və xallarımızın sayını artıraq".

Mütəxəssis vurğulayıb ki, bir qələbə lazımdır ki, komanda inamını özünə qaytarsın və ardını gətirsin: "Futbol oynaya bilirik. Sadəcə, bir az inamsızlıq yaranıb. Onu aradan qaldırmağa çalışacağıq. Əlbəttə. 70-ci dəqiqədən sonra "Zirə" kimi rəqibə qarşı 10 nəfərlə oynamaq asan deyil. Rəqibin heyətində ustalıq səviyyəsi yüksək oyunçular var. İstənilən halda, hesabı dəyişə bilirlər, yaxşı komanda formalaşdırıblar. 90+6-cı dəqiqədə qol buraxmaq əlavə məyusluq verir. Futbolun içində olan şeylərdir".

Cavid Hüseynov qırmızı vərəqə epizoduna da münasibət bildirib: "Açığı, epizoda baxmadım. Görməmişəm. Alluş bilərəkdən edibsə, böyük məbləğdə cərimələnəcək. Komandanı belə vəziyyətdə qoymaq olmaz.

O, zədəli futbolçularının çox olduğunu deyib: "Bəzi oyunlarda gənclərə də üstünlük verdik. Heyətimiz geniş deyil. Üçüncü dövrədə qələbələr qazansaq belə, sonrası məlum idi ki, daha çətin olacaq. Çox istəyərdik ki, daha 2 futbolçu gətirək. Bu haqda da danışmışdıq, razılaşmışdıq. Müəyyən məsələlər oldu ki, alınmadı".

İdman.biz

Избранный
29
5
idman.biz

7Источники