RU

Trampın administrasiyası İraqa İrandan elektrik enerjisi alması üçün verilən güzəştləri yeniləməyib

Qahirə, 9 mart, AZƏRTAC

Prezident Donald Trampın administrasiyası İraqa İrandan elektrik enerjisi alması üçün verilən güzəştləri yeniləməyib. Vaşinqton Tehrana heç bir iqtisadi və ya maliyyə yardımının göstərilməsinə icazə verməyəcək.

AZƏRTAC “əl-Arabiyyə” kanalına istinadla xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentindən bildirilib.

Qeyd olunub ki, Prezidentin tətbiq etdiyi maksimum təzyiq kampaniyası İranın nüvə təhdidinə son qoymaq, onun ballistik raket proqramını məhdudlaşdırmaq və terrorçu qrupları dəstəkləməsinin qarşısını almaq məqsədi daşıyır.

 
Şıxəli Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Избранный
13
2
azertag.az

3Источники