İranın BMT-dəki missiyası bəyanat yayaraq, ABŞ-la mümkün danışıqların şərtini açıqlayıb.
"Unikal" xəbər verir ki, İranın BMT-dəki missiyasının bəyanatında deyilir:
“Əgər danışıqların məqsədi İranın nüvə proqramının potensial hərbiləşdirilməsi ilə bağlı narahatlıqları aradan qaldırmaqdırsa, o zaman belə məsələlər müzakirə oluna bilər. Ancaq danışıqların məqsədi ABŞ-nin 44-cü prezidenti Barak Obamanın əldə edə bilmədiyi, yəni İranın “sülh məqsədli” nüvə proqramının ləğvi olacaqsa, o zaman belə danışıqlar heç vaxt baş tutmayacaq”.
Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp İranla nüvə sazişi üzrə danışıqlar aparmaq istədiyini bildirmiş və İranın ali lideri Əli Xameneiyə danışıqlara razılıq verəcəklərinə ümid ifadə edən məktub göndərmişdi.