RU

Almatıya uçan “Air Astana” təyyarəsi mühərriki sönmüş halda Aktauya qayıdıb

Almatıya uçan “Air Astana” aviaşirkətinin təyyarəsi mühərriki söndürülmüş halda Aktauya qayıdıb.

İki sahil” xəbər verir ki, bu barədə KazTAG məlumat yayıb.

“2025-ci il martın 8-də Aktaudan Almatıya uçan “KC 868” reysi uçuş hava limanına qayıdıb. Ekipaj 1 nömrəli mühərrikdə yağ səviyyəsinin aşağı olması ilə bağlı texniki xəbərdarlığa cavab olaraq standart prosedurlara uyğun şəkildə mühərriki söndürüb. Təyyarə sağ-salamat Aktauda eniş edib, - deyə “Air Astana”nın mətbuat xidmətindən bazar günü KazTAG-a bildiriblər.

Məhərrəm Ağalaroğlu, “İki sahil”

Избранный
17
ikisahil.az

1Источники