RU

Basketbol Liqasında “Gəncə” və “Sumqayıt”dan qələbə

Bu gün keçirilmiş iki oyunla Azərbaycan Basketbol Liqasında 2024/2025-ci illər mövsümünün 17-ci turuna yekun vurulub.

Arena.az xəbər verir ki, hər iki qarşılaşma B qrupu çərçivəsində keçirilib.

Günün ilk oyununda “Gəncə” doğma meydanda autsayder “Lənkəran”a qalib gəlib – 90:76. Bu qələbə sayəsində meydan sahibləri yenidən liderliyə yüksəliblər.

Tura “Sumqayıt”ın evdə “Ordu”ya 122:116 hesabı ilə qalib gəldiyi oyunla yekun vurulub.

Xatırladaq ki, turun daha əvvəl keçirilmiş görüşlərində NTD “Naxçıvan”ı 85:78, “Sabah” “Neftçi”ni 105:77, “Şəki” “Quba”nı 66:63, “Abşeron” “Sərhədçi”ni 77:75 hesabı ilə məğlub etmişdi.

Azərbaycan Basketbol Liqası
B qrupu, 17-ci tur
9 mart

“Gəncə” – “Lənkəran” 90:76
Gəncə İdman sarayı.

“Sumqayıt” – “Ordu” 122:116
Sumqayıt Olimpiya İdman Kompleksi.

Xallar: Gəncə – 30. Şəki – 30. Ordu – 28. Sumqayıt – 24. Quba – 21. Lənkəran – 20.

Избранный
15
arena.az

1Источники