Türkiyə İsrailin NATO təlimlərində iştirakına mane olub.
"Unikal" xəbər verir ki, bu barədə "Ynet" İsrail Xarici İşlər Nazirliyindəki mənbəyə istinadən yazıb. Qeyd olunub ki, qarşıdakı təlimlərdə Şimali Atlantika Alyansı Silahlı Qüvvələrinin və onların müttəfiqlərinin fövqəladə vəziyyətlərə hazırlığı yoxlanılacaq. NATO-da qərarlar konsensusla qəbul edildiyindən Ankara veto hüququndan istifadə edib.
İsrail Ankaranı veto hüququndan siyasi məqsədlər üçün istifadə etməkdə günahlandırıb. Bildirilib ki, “bu, regionda əməkdaşlığa xələl gətirir və NATO-nun qlobal çağırışlarla mübarizə qabiliyyətini zəiflədir”.