RU

Mingəçevirdə məktəbli BIÇAQLANDI

Mingəçevirdə yeniyetmə bıçaqlanıb.

Hadisə "Energetiklər" yaşayış massivi ərazisində qeydə alınıb.

Qeyd olunur ki, mübahisə və münaqişə zəminində 2009-cu il təvəllüdlü şəhər sakini Pünar Asif oğlu Nəsrullayev bıçaqlanıb. Xəstəxanaya çatdırılan yaralı yeniyetmənin durumu çevik tibbi müdaxilə nəticəsində stabilləşib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti Şəki Regional Qrupundan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, 4 saylı Mingəçevir Şəhər Orta Məktəbinin 10-cu sinif şagirdi Pünar Nəsrullayevi bıçaqlamaqda şübhəli bilinən 22 yaşlı şəxs Mingəçevir Şəhər Polis Şöbəsi əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Həmin şəxs 2003-cü il təvəllüdlü Nihat Həsənzadədir.

Mənbə: oxu.az

Избранный
14
1
oxu.az

2Источники