RU

Elvin Cəfərquliyev davadan danışdı: "Üzümə zərbə endirdi"

"Mən oraya gedəndə mübahisə düşmüşdü, aralamağa çalışanda Felipe Santos üzümə zərbə endirdi. Mən də yerə yıxıldım".

Demokratikmusavat.com xəbər verir ki, bu sözləri "Qarabağ"ın futbolçusu Elvin Cəfərquliyev Azərbaycan Premyer Liqasının XXVI turunda səfərdə "Araz-Naxçıvan"ı 3:1 hesabı ilə məğlub etdikləri oyundan sonra "Teleqraf"a açıqlamasında deyib.

25 yaşlı müdafiəçi matçın 82-ci dəqiqəsində rəqib hücumçu Felipe Santosla aralarında yaranan mübahisədən və baş hakim Kamal Umudlunun ona qırmızı vərəqə göstərməməsinin səbəbindən danışıb:

"Düşünürəm ki, oyun maraqlı keçdi. "Araz-Naxçıvan"ın gücünü bilirdik. Çox yaxşı futbol oynayırlar, keyfiyyətli futbolçuları var. İki fərqli hissə izlədik. İkinci hissədə öz oyunumuzu ortaya qoyduq. Mübahisə epiozodunda mən tərəfdən heç bir kobudluq olmamışdı. Məqsədim dalaşanları uzaqlaşdırmaq idi, başqa niyyətim yox idi. Meydanda yaranan davanın səbəbini bilmirəm. Baş verənlərdən xəbərim yox idi. Əsas odur, qələbə qazandıq. Növbəti oyunlara hazırlaşacağıq".

Qeyd edək ki, "köhlən atlar" 26 oyundan sonra 63 xalla turnir cədvəlinin liderdir. Ağdamlıların ən yaxın qonşusu "Zirə" ilə aralarında 15 xallıq fərq var.

 

Kriptovalyuta bazarında vəziyyət kəskin dəyişdi

Nazirlikdən qərar: Muay-tay Azərbaycan Kikboksinq Federasiyasının tərkibinə daxil edildi

Əfsanəvi Lionel Messi və komanda yoldaşları Bakıya gəlirlər

"Bilgəh" sanatoriyasının baş həkimi ambulator arayışı niyə qanunsuz sayır?

Ceyhun Bayramov İrana işgüzar səfərə yola düşüb

Ata məktəbli qızını paltarına görə döyüb pəncərədən atdı

Kənddə yaşayan əhali üçün hansı dövlət proqramları olmalıdır? - ŞƏRH

Diplom tanınmasına dair 9 nəfərə verilmiş şəhadətnamə ləğv olundu

Vəkillər Kollegiyası Qarabağ qazisinin ittihamı və iddiası qarşısında

SOCAR Slovakiyaya təbii qaz tədarükünə başlayıb

Избранный
13
2
Demokratikmusavat.com

10Источники