RU

Başqasının maşınının cəriməsi ona yazılır -

Özünə məxsus olmayan avtomobilin cərimləri ilə bağlı məlumat ona gəlir.

Metbuat.az "Xəzər xəbər"ə istinadən xəbər verir ki, paytaxt sakini Cavidan İsmayılov bildirir ki, ötən ildən dövlət yol polisi tərəfindən müxtəlif vaxtlarda tətbiq olunmuş cərimələr mesaj şəklində ona göndərilir. Halbuki maşının sahibini tanımır.

O, deyir ki, özünün maşını olsa da, markası və dövlət qeydiyyat nişanı cərimə gələn avtomobildən fərqlidir. Bu gün qədər kiməsə nə maşın satıb, nə də etibarnamə verib.

Baş Dövlət Yol Polisi İdarəsindən "Xəzər Xəbər"ə bildirildi ki, vətəndaş şəxsi kabinetində əlaqə nömrəsini səhv qeyd etdiyi üçün belə bir anlaşılmazlıq yaranıb.

Elvin Hacıyev onu da əlavə etdi ki, bu cür problemlə üzləşən şəxslər Baş Dövlət Yol Polisi İdarəsinə rəsmi qaydada müraciət etməlidirlər.


Избранный
12
2
metbuat.az

3Источники