Ağdaş-Yevlax yolunda yol qəzası baş verib.
Avtosfer.az-ın "Unikal"a istinadən məlumatına görə, hadisə Ağdaşın Yenikənd kəndi yaxınlığında baş verib. İdarəetmədən çıxan "Vaz 2101" markalı maşın ağaca çırpılaraq yol kənarına düşüb. Hadisə zamanı yaralanan 1983-cü il təvəllüdlü Allahverdiyev İlkin Məhəmədiyyə oğlu xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.