"Co Bayden Beynəlxalq Kosmik Stansiyada qalan NASA astronavtları Barry Eugene Vilmore və Sunita Villiamsın xilas edilməsində maraqlı olmayıb".
Operativ Media xəbər verir ki, bunu "Fox News" telekanalına müsahibəsində ABŞ Prezidenti Donald Tramp deyib.
“Mənim həll etməli olduğum məsələlərdən biri də iki astronavtın geri qayıtmasıdır. Bu çox vacibdir. Onlar uzun müddətdir Yerə düşə bilmirlər. Bayden bu problemlə məşğul olmaq istəmirdi”, - Tramp bildirib.
O, həmçinin qeyd edib ki, kosmos proqramının məqsədlərindən biri Marsa missiyaya hazırlaşmaq olacaq. Tramp bildirib ki, qırmızı planetə uçmağa böyük maraq var.
Qeyd edək ki, kosmosa 8 günlük səyahət planlaşdırmış Barry Eugene Vilmore və Sunita Villiamsın 9 aydır ki, Yerə enə bilmirlər.