RU

Gələn təklifləri nəzərdən keçirməyə hazırdır – Fransız üçün

“Bayern”in yarımmüdafiəçisi Kinqsli Koman yayda başqa kluba keçə bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Münhen klubu yüksək maaşlı fransalı futbolçu üçün təklifləri nəzərdən keçirməyə hazırdır.

Səudiyyə Ərəbistanının “Əl-Hilal” və “Əl-Nəsr”, həmçinin İngiltərə Premyer Liqasının bəzi klubları namizədlər sırasındadır.

28 yaşlı vingerin “Bayern”lə hazırkı müqaviləsi 2027-ci ilin ortalarına qədərdir. O, bu mövsüm 33 matçda 6 qol vurub və 4 məhsuldar ötürmə edib.

Избранный
58
7
sportinfo.az

10Источники