İsrailin enerji naziri Eli Koen bildirib ki, İsrailin müharibədən zərər çəkmiş Fələstin ərazisinə axan bütün yardımların qarşısını almasından bir həftə sonra Qəzzaya elektrik enerjisinin verilişinin kəsilməsinə göstəriş verib...
Poliqon bu barədə xarici mətbuata istinadən xəbər verir.
“Mən Qəzza zolağına elektrik enerjisinin verilişinin dərhal dayandırılması barədə sərəncam imzaladım”, deyə Koen videomüraciətində bildirib.
“Biz girovları geri qaytarmaq və müharibənin bitməsindən bir gün sonra Həmas-ın Qəzzada artıq olmaması üçün əlimizdə olan bütün vasitələrdən istifadə edəcəyik”, o əlavə edib.
Xatırladaq ki, İsrail həftə sonu Fələstin yaraqlıları 15 aydan çox davam edən döyüşləri əsasən dayandıran atəşkəsi uzatmaq üçün onun şərtlərini qəbul edənə qədər Qəzzaya humanitar yardımın çatdırılmasını əngəllədiyini elan etdi.
Poliqon.info