RU

Georgesku Rumıniyada keçiriləcək prezident seçkilərində qeydiyyatdan keçməkdən imtinaya münasibət bildirib

Kalin Georgesku Rumıniya Mərkəzi Seçki Bürosunun onun prezidentliyə namizədliyini rədd etmək qərarını pisləyib və bunu bütün dünya üçün demokratiyanın ürəyinə birbaşa zərbə adlandırıb...

Poliqon xəbər verir ki, bu barədə o, X sosial şəbəkəsində yazıb.

“Dünyada demokratiyanın ürəyinə birbaşa zərbə! Bir mesajım qalıb! Rumıniyada demokratiya çöksə, bütün demokratik dünya çökəcək! Bu hələ başlanğıcdır. Bu qədər sadədir!”, siyasətçi qeyd edib.

Qeyd edək k, Rumıniya Mərkəzi Seçki Bürosu qarşıdan gələn prezident seçkilərində Kalin Georgeskunun namizədliyini rədd edib. Qərar səs çoxluğu ilə qəbul edilib: büro üzvlərinin on nəfəri onun namizədliyinin qeydə alınmasının əleyhinə, dördü isə lehinə olub.

Poliqon.info

Избранный
15
poliqon.info

1Источники