RU

Türkiyə daha dörd ölkə ilə PKK və İŞİD-ə qarşı mübarizə mərkəzi yaradır

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



İordaniyanın paytaxtı Əmmanda Türkiyə, İordaniya, İraq, Livan və Suriyanın xarici işlər və müdafiə nazirləri, baş qərargah və kəşfiyyat rəislərinin iştirakı ilə mühüm toplantı keçirilib.
Oxu.Az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, görüşdən sonra dərc edilən birgə bəyannamədə Suriyanın təhlükəsizliyini təhdid edən bütün təşəbbüslər pislənilib və Dəməşq rəhbərliyinə dəstək verilib.
Bundan əlavə, İŞİD terror təşkilatı ilə mübarizədə birgə əməliyyat mərkəzinin yaradılması qərara alınıb.
Toplantıda İŞİD-in yaratdığı təhlükə və Suriyanın sabitliyi ön plana çıxıb və bütün ölkələr ortaq strategiya müəyyənləşdiriblər. Türkiyənin xarici işlər naziri Hakan Fidan İŞİD-in gücünün və fəaliyyət sahəsinin artdığını vurğulayaraq, bu təhdidlərə qarşı güclü koordinasiyanın zəruriliyinə diqqət çəkib.
Görüş bitdikdən sonra İordaniyanın xarici işlər naziri Ayman Safadi Türkiyənin aprel ayında ikinci Suriya və Qonşu Ölkələr Toplantısına ev sahibliyi edəcəyini açıqlayıb.
Избранный
30
oxu.az

1Источники