RU

Juninyo qayıtdı, "Flamenqo" finala yüksəldi

"Qarabağ”ın sabiq hücumçusu Juninyo uzun fasilədən sonra meydana çıxıb.

Fanat.Az xəbər verir ki, o, formasını geyindiyi “Flamenqo”nun heyətində “Vasko da Qama”ya qarşı mübarizə aparıb. 

Matç məşhur “Marakana” stadionunda keçirilib. Karioka Liqasının yarımfinal mərhələsinin oyununda sevinən Juninyonun komandası sevinən tərəf olub - 2:1. İlk görüşdə də 1:0 hesablı qələbə qazanan “Flamenqo” finala yüksəlib.

Juninyo oyuna 75-ci dəqiqədə qoşulub.

Qeyd edək ki, 28 yaşlı forvard təxminən 1 ay əvvəl “Botafoqo” ilə matçda zədələnmiş və o vaxtdan oynamamışdı.

Избранный
9
fanat.az

1Источники