RU

Kanadada həmyerlimizin kafesi qarət olundu

Bu gecə Toronto şəhərində həmyerlilərimizin ötən il açdığı Cake Toronto kafesi qarət olunub. 2727 Steeles Ave. West küçəsində yerləşən kafenin rəhbəri Bahar Quliyeva hadisə ilə bağlı bizimlə söhbətində bildirib ki, gecə saatlarında naməlum şəxs kafenin şüşəsini qıraraq içəri daxil olub.

Axar.az Canazerbaijan.com-a istiadən xəbər verir ki, eyni vaxtda yaxınlıqda daha 4-5 fərqli obyektin qarət edildiyi məlum olub. Kafeyə təxminən 2 min dollar ziyan dəyib. Təhlükəsizlik kameralarının görüntülərinə əsasən, oğru şüşəni sındırarkən özünü yaralayıb və kafenin içində cəmi 1 dəqiqə 10 saniyə qalıb. O, kassadakı az miqdarda xırda pulu götürərək kafeni tərk edib, lakin əsas maddi ziyan sındırılan şüşənin bərpası ilə bağlı olacaq.

Bahar Quliyevanın sözlərinə görə, böyük məbləğdə maddi ziyan olmadığı üçün sığorta şirkəti dəyən ziyanı qarşılamayacaq. Hadisədən sonra kafe rəhbərliyi dərhal polisə müraciət edib və təxminən 1 saat sonra polis hadisə yerinə gələrək hesabat hazırlayıb. Daha sonra kriminal ekspertlər əraziyə gələrək barmaq izi, qan izləri və təhlükəsizlik kameralarının görüntülərini toplayıblar.

Kriminal ekspertlər bildirib ki, bütün dəlillər toplandıqdan sonra rəsmi istintaq aparılacaq. Oğrunun üzü açıq göründüyü üçün onu tapmaq ehtimalı yüksəkdir. Lakin kriminal şöbə qarətçinin saxlanılması halında məhkəmənin onun barəsində qərar verəcəyini bildirib.

Kafe rəhbəri əlavə edib ki, onların da yerləşdiyi binanın iki təhlükəsizlik əməkdaşı var və onlar gecə boyunca ərazini nəzarətdə saxlayırlar:

“Belə halların tez-tez təkrarlanmaması üçün bina rəhbərliyi ilə danışmalıyıq. Eyni zamand, binaya mütləq siqnalizasiya sistemi quraşdırmaq məcburiyyətindəyik ki, belə halların qarşısını almaq mümkün olsun”.

Избранный
16
3
axar.az

10Источники