RU

ABŞ-da təyyarə qəzası olub - Ölənlər var

ABŞ-ın Pensilvaniya ştatının Lancaster dairəsində kiçik təyyarə qəzaya uğrayıb. SİA xəbər verir ki, bu barədə CBS televiziya şirkətinin yerli bölməsi məlumat yayıb. Hadisə yerli vaxtla saat 15:20 radələrində baş verib. Təyyarənin dayanacağa çırpılması nəticəsində bir neçə avtomobil yanıb. Hazırda qəza yerində təcili yardım xidmətləri işləyir. Yerli WGAL telekanalının məlumatına görə, ölənlər var. Lakin yaralıların vəziyyəti hələ ki, məlum deyil.

Избранный
36
50
sia.az

10Источники