RU

Paytaxt sakininə özünə məxsus olmayan avtomobilin cərimələri gəlir - İDDİA

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Paytaxt sakininə özünə məxsus olmayan avtomobilin cərimələri ilə bağlı məlumatlar gəlir.
Oxu.Az xəbər verir ki, Cavidan İsmayılov üzləşdiyi vəziyyətlə bağlı "Xəzər xəbər"ə müraciət edib.
O bildirib ki, ötən ildən Dövlət Yol Polisi tərəfindən müxtəlif vaxtlarda tətbiq olunmuş cərimələr mesaj şəklində ona göndərilir. Halbuki maşının sahibini tanımır.
Onun sözlərinə görə, özünün maşını olsa da, markası və dövlət qeydiyyat nişanı cərimə gələn avtomobildən fərqlidir. Bu günə qədər kiməsə nə maşın satıb, nə də etibarnamə verib.
Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) bildirilib ki, vətəndaş şəxsi kabinetində əlaqə nömrəsini səhv qeyd etdiyi üçün belə bir anlaşılmazlıq yaranıb.
Elvin Hacıyev onu da əlavə edib ki, bu cür problemlə üzləşən şəxslər Baş Dövlət Yol Polisi İdarəsinə rəsmi qaydada müraciət etməlidirlər.
Ətraflı süjetdə:
Избранный
35
32
oxu.az

10Источники