Lüksemburq şahzadəsi Frederik maddələr mübadiləsinə təsir edən nadir genetik xəstəlik olan mitoxondrial xəstəliklə uzun sürən mübarizədən sonra martın 1-də 22 yaşında vəfat edib.
Publika.az xəbər verir ki, bu barədə onun valideynləri, Lüksemburq şahzadəsi Robert və Culiya TMZ portalı tərəfindən dərc edilən rəsmi açıqlamada bildiriblər.
Gənc şahzadə fevralın 28-də yaxınları ilə vidalaşdıqdan sonra şənbə günü vəfat edib. Valideynlərinin dediyinə görə, hətta fiziki vəziyyəti kəskin şəkildə pisləşən son günlərində də Frederik möhkəmliyini qoruyub saxlayıb: “O, sona qədər yumor hissi və ətrafındakılara qayğı göstərdi”.
Frederikə 14 yaşında mitoxondrial xəstəlik diaqnozu qoyulub. Bu, hüceyrə orqanoidlərinin - mitoxondrilərin disfunksiyası nəticəsində yaranan bir xəstəlikdir.