RU

Şəhid ailə üzvləri üçün Beynəlxaq Qadınlar günü tədbiri keçirilib-Lənkəran

7 mart 2025-ci il tarixində Lənkəran şəhər Heydər Əliyev Mərkəzində şəhid anaları üçün 8 Mart – Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirildi.

Tədbiri Lənkəran şəhər Heydər Əliyev Mərkəzinin direktoru Reyhanə Sadıxova açaraq şəhid analarını təbrik etdi. Onların hər birinin müqəddəs amalın daşıyıcısı olduğunu vurğuladı. O, qeyd etdi ki, bu gün təkcə qadınların bayramı deyil, həm də Vətənin qəhrəman oğullarını yetişdirən analara ehtiram günüdür.

Daha sonra tədbir iştirakçıları Vətən uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.

Lənkəran şəhər 5, 9 və 17 saylı körpələr evi-uşaq bağçasının balaca fidanları şeirlər söylədilər, rəqslər nümayiş etdirdilər. Tanınmış müğənnilər ifaları ilə tədbirə xüsusi rəng qatdılar.

Çıxış edənlər arasında şəhid anaları, şəhid Aqil Əkbərovun həyat yoldaşı Rəvayət Əkbərova, Azərbaycan Yazıçılar Birliyinin Lənkəran bölməsinin sədri Qafar Cəfərli, şairə Xatirə Xatun, bəstəkar-musiqişünas Zəminə Taryelqızı, Lənkəran şəhər R.Məmmədov adına 5 nömrəli tam orta məktəbin tərbiyə və təşkilati işlər üzrə direktor müavini Cəfər Fətullayev, Lənkəran rayonu Ə.Xalıqov adına Rvo kənd tam orta məktəbin direktoru Aynur Muradova yer aldılar.

Natiqlər bir daha qeyd etdilər ki, bu gün o anaların günüdür – Vətənin azadlığı naminə övladlarını qurban verən və qəlblərində ömürlük nisgil daşıyan anaların!

Tədbirin sonunda şəhid anaları üçün 8 Mart münasibətilə tort kəsildi və xatirə şəkilləri çəkildi.

Beləliklə, tədbir səmimi və unudulmaz anlarla başa çatdı.

Kriptovalyuta bazarında vəziyyət kəskin dəyişdi

Nazirlikdən qərar: Muay-tay Azərbaycan Kikboksinq Federasiyasının tərkibinə daxil edildi

Əfsanəvi Lionel Messi və komanda yoldaşları Bakıya gəlirlər

"Bilgəh" sanatoriyasının baş həkimi ambulator arayışı niyə qanunsuz sayır?

Ceyhun Bayramov İrana işgüzar səfərə yola düşüb

Ata məktəbli qızını paltarına görə döyüb pəncərədən atdı

Kənddə yaşayan əhali üçün hansı dövlət proqramları olmalıdır? - ŞƏRH

Diplom tanınmasına dair 9 nəfərə verilmiş şəhadətnamə ləğv olundu

Vəkillər Kollegiyası Qarabağ qazisinin ittihamı və iddiası qarşısında

SOCAR Slovakiyaya təbii qaz tədarükünə başlayıb

Избранный
23
Demokratikmusavat.com

1Источники