RU

HƏMAS: İsrail elektrik enerjisini kəsərək Qəzza razılaşmasını pozdu

HƏMAS: İsrail elektrik enerjisini kəsərək Qəzza razılaşmasını pozdu

HƏMAS İsrail hakimiyyətinin Qəzza anklavına elektrik enerjisinin verilişini kəsmək qərarını atəşkəs razılaşmasının kobud şəkildə pozulması adlandırıb. AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu açıqlama ilə hərəkatın nümayəndəsi İzzət ər-Rişk çıxış edib.“İsrailin son hərəkətləri bütün imzalanmış müqavilələrin və beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır və bir daha sübut edir ki, qarşı tərəf razılaşmaların bir hissəsini yerinə yetirmir”, - deyə HƏMAS-ın rəsmi Teleqram kanalında əl-Rişk adından dərc edilən mesajda deyilir. İzzət ər-Rişkin sözlərinə görə, İsrailin baş naziri Benyamin Netanyahu Qəzza ilə bağlı müqavilənin icrasını təxirə salmağa və bütün tərəflərə yalnız öz maraqlarına cavab verən yeni plan tətbiq etməyə çalışır.Qeyd edək ki, İsrailin energetika naziri Eli Koenin Qəzza zolağına elektrik enerjisinin verilməsini dayandırmaqla bağlı göstəriş verib.

Избранный
6
1
afn.az

4Источники