RU

Qadınlar 40 yaşdan sonra niyə kökəlirlər?

Fitnes məşqçisi və hatha yoqa müəllimi Lera Buri bildirir ki, 40 yaşdan sonra qadınlarda hormonal dəyişikliklər və fizioloji proseslər səbəbindən çəki artımı baş verir. 

E-saglam.az xəbər verir ki, perimenopoz dövründə estrogen səviyyəsinin azalması və maddələr mübadiləsinin yavaşlaması yağ metabolizmasının zəifləməsinə səbəb olur. Həmçinin hər 10 ildən bir əzələ kütləsi 3-5% azalır, bu da bədənin istirahət zamanı yandırdığı kalorilərin miqdarını azaldır.

Buri qeyd edir ki, bu proseslər düzgün qidalanma və fiziki fəaliyyətlə idarə oluna bilər. O, yaş artdıqca çəki artımının qarşısını almaq üçün mütəmadi idman etməyi tövsiyə edir. Güc məşqləri əzələ kütləsini qoruyur və artırır ki, bu da metabolizmanı sürətləndirir. Bundan əlavə, kardio və çeviklik məşqləri hərəkətliliyi qorumağa, stress səviyyəsini azaltmağa və bədənin yüngüllük hissini qoruyub saxlamağa kömək edir.

Tərcümə: Könül Oruc


Избранный
7
1
azia.az

2Источники