RU

Şimali Koreya ABŞ və Cənubi Koreyanı "real müharibə" ilə hədələdi

Şimali Koreya ABŞ və Cənubi Koreyanı "real müharibə" ilə hədələyib.

Bakıvaxtı.az bu barədə xarici mətbuata istinadla xəbər verir.

Məlumata görə, Şimali Koreya ABŞ və Cənubi Koreyanın bölgədə keçirəcəyi birgə “Azadlıq Qalxanı” təlimini pisləyərək, bunun təhlükəli və təxribat xarakterli bir hərəkət olduğunu bildirib:

“Bu, tək atışla iki tərəf arasında gərginliyi real müharibəyə çatdıra bilər”.

Bəyanatda qeyd olunur ki, ABŞ və Cənubi Koreya tərəfindən ənənəvi olaraq keçirilən bu döyüş təlimləri Şimalı Koreyanı işğal etmək üçün davamlı və sarsılmaz ambisiyaya əsaslanır.

ABŞ-nin hökumət dəyişikliyindən sonra Şimali Koreyaya qarşı siyasətlərini davam etdirdiyi deyilən açıqlamada, “ABŞ ilə Şimali Koreya arasındakı siyasi və hərbi gərginlik artıq partlayıcı həddə çatıb və ölkəmizi hədəf alan döyüş oyunları səbəbiylə getdikcə daha təhlükəli hala gəlib”, - vurğulanır. Açıqlamada ABŞ-nin bu addımlarının bölgə ölkələrinin haqlı təhlükəsizlik narahatlıqlarını artırdığı iddia edilir.

ABŞ ordusundan verilən açıqlamada 10-21 mart tarixləri arasında Cənubi Koreya ilə birgə “Azadlıq Qalxanı” təliminin keçiriləcəyi qeyd olunur. Təlimin Vaşinqton-Seul alyansının hərbi müdaxilə imkanlarını gücləndirmək məqsədi daşıdığı vurğulanıb. Şimali Koreya daha əvvəl bu təlimin regional gərginliyi artırdığını iddia etmişdi.

Murad Məmmədli

Избранный
26
bakivaxti.az

1Источники