RU

Bloomberg: Avropanın müdafiə sənayesi bankların maneələri ilə üzləşir

Avropadakı müdafiə şirkətləri bank maliyyələşdirməsinə çıxışda çətinlik çəkir, bu da Avropa İttifaqının müdafiə qabiliyyətini artırmaq səylərinə mane olur.

FED.az xəbər verir ki, bu barədə “Bloomberg” müdafiə sənayesi nümayəndələrinə istinadən məlumat yayıb.

Qeyd olunub ki, banklar Aİ iqtisadiyyatının hərbiləşdirilməsi prosesinə hazır deyillər, çünki bəzi kredit meyarları ekoloji, sosial və idarəetmə standartlarına cavab verməyən sektorların kreditləşdirilməsinə imkan vermir. Hərbi-sənaye müəssisələri isə çox vaxt bu meyarlara cavab vermirlər.

NATO və Aİ-də Avropa iqtisadiyyatının militarizasiya prosesinin sürətləndirilməsini və müdafiə xərclərinin kəskin şəkildə artırılmasını tələb edən güclü kampaniya başlayıb. Belə ki, ABŞ prezidenti Donald Tramp artıq bəyan edib ki, avropalılar ÜDM-in 5%-ni müdafiəyə xərcləməlidirlər, NATO-nun baş katibi Mark Rutte Aİ ölkələrini ABŞ olmadan ÜDM-nin 10%-ni silaha xərcləməli və ya rus dili kursları keçməli olacaqları ilə hədələyib. (Report)

Избранный
7
2
fed.az

10Источники