RU

Prezidentin vəzifəyə təyin etdiyi Cavid Vəliyev KİMDİR? – DOSYE

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Cavid Vəliyev Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin üzvü təyin edilib.

Bəs Cavid Vəliyev kimdir?

Busaat.az xəbər verir ki, o, 1979-cu ildə Sumqayıt şəhərində anadan olub. 1996-cı ildə Sumqayıt şəhər 31 nömrəli orta məktəbini bitirərək dövlət xətti ilə Türkiyənin Egey Universitetinin Jurnalistika fakültəsinə qəbul olunub.

2002-ci ildə ali təhsilini başa vurduqdan sonra Qazi Universitetində Beynəlxalq Münasibətlər üzrə magistr təhsili alıb. 2006-cı ildə magistraturanı bitirərək Ankara Universitetində doktorantura təhsilinə başlayıb. Təhsil aldığı müddətdə bir sıra beynəlxalq təqaüdlərə layiq görülüb.

O, 2005–2009-cu illərdə Türkiyənin Milli Təhlükəsizlik Strateji Araşdırma Mərkəzində elmi işçi, daha sonra Cənubi Qafqaz şöbəsinin müdiri kimi fəaliyyət göstərib. 2010-cu ildən Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırma Mərkəzində müxtəlif vəzifələrdə çalışıb. 2015-ci ildən Xarici siyasət məsələlərinin təhlili şöbəsinin müdiri, 2017-ci ildən isə ingilis dilində nəşr olunan Caucasus International jurnalının baş redaktoru olub. 2019-cu ildən Beynəlxalq Münasibətlər Təhlili Mərkəzinin Xarici siyasət şöbəsinin müdiri vəzifəsində fəaliyyət göstərib.

Cavid Vəliyev elmi araşdırmaları və analitik təhlilləri ilə tanınır. O, beynəlxalq münasibətlər və təhlükəsizlik məsələləri üzrə müxtəlif məqalələrin müəllifidir.

Избранный
6
2
busaat.az

3Источники