RU

Əhməd əl-Şara göstəriş verdi: Hadisənin bütün aspektləri araşdırılsın!

Suriya prezidenti Əhməd əl-Şara martın 6-7-də Latakiyada baş verən hadisələrlə bağlı müstəqil milli təhqiqat komitəsi yaradıldığını elan edib.

Publika.az xəbər verir ki, bu barədə Suriya Rəyasət Heyətinin açıqlamasında qeyd olunub.

Məlumata görə, 7 nəfərdən ibarət komitənin öhdəliyi Latakiyadakı hadisələrin bütün aspektlərini araşdırmaq və cavabdehləri müəyyən etməkdir.

Həmçinin komitə mülki şəxslərə qarşı pozuntuları, dövlət qurumlarına, təhlükəsizlik qüvvələrinə və orduya qarşı hücumları araşdırmaq, zəruri hallarda ekspertlərdən dəstək almaq səlahiyyətinə malik olacaq.

Избранный
8
publika.az

1Источники