RU

2 aylıq evlilik FACİƏVİ sonla bitdi - FOTOLAR 

Antalyada 26 yaşlı Halit Can Sakman, iki ay əvvəl evləndiyi tibb bacısı olan həyat yoldaşı Sevcan Demir Sakmanı öldürüb. Öz boynundan da yaralanan Halit Can Sakman xəstəxanaya aparılıb.


İki ay əvvəl evlənən Halit Can və Sevcan Demir Sakman cütlüyü maddi problemlər səbəbindən mübahisə edib.


Axşam saatlarında evə qayıdan Halit Can Sakman ilə həyat yoldaşı arasında yenidən mübahisə yaranıb. İddiaya görə, Halit Can Sakman ona bıçaqla hücum etdiyini iddia etdiyi Sevcan Demir Sakmana zərbə endirib.


Qonşuların səs-küyü eşidərək xəbər verməsi üzərinə hadisə yerinə polis və təcili yardım qrupları göndərilib. Polis Sevcan Demir Sakmanı qanlar içində yerdə hərəkətsiz halda tapıb. Qarın nahiyəsində kəsik olan Sakmanın həyatını itirdiyi müəyyən edilib. Halit Can Sakmanın isə həyat yoldaşını öldürdükdən sonra özünə xəsarət yetirdiyi müəyyən edilib. Müayinə sonrası Sevcan Demir Sakmanın cəsədi otopsiya üçün Antalya Ədli Tibb Qurumunun morquna aparılıb.


Halit Can Sakman isə Antalya Polis İdarəsinin Cinayət Büro İdarəsi qruplarına təslim olub. Boyun nahiyəsində kəsik olan Sakman Antalya Şəhər Xəstəxanasına aparılıb.

Araşdırma aparılır.

//Musavat.com


Избранный
16
1
referans.az

2Источники