RU

Hərbi ekspert: ...Zelenskini aradan götürmək istəyirlər

Hərbi

“Yeni iddialardan belə çıxır ki, Tramp administrasiyası Ukrayna prezidenti Vladimir Zelenski ilə işləmək istəmir. Dünya mediası yazır ki, Zelenskidən istefası tələb olunur. Bunun nə dərəcədə ciddi olduğunu demək mümkün deyil. Amma biz bilirik ki, indi vəziyyət çox mürəkkəbdir və nəyisə proqnozlaşdırmaq çətindir. Bu baxımdan ağla gələn və hətta gəlməyən ehtimalların gerçəkləşməsi baş verə bilər”.

Bunu Reyting.az-a hərbi ekspert Azad İsazadə deyib.

Onun sözlərinə görə, Zelenskinin mövqeyinin yumşaldılması və hətta onun başqa bir şəxslə əvəz edilməsi ABŞ prezidenti Trampın maraqlarına tam uyğundur. A. İsazadənin fikrincə, belə bir ssenari Rusiya lideri Putini də razı salardı: “Aydındır ki, prezident Trampla Zelenskinin şəxsi problemi də var. Və Trampın da şəxsi məsələlərə önəm verdiyini çoxları bilir. Mümkündür ki, Zelenskini aradan götürmək istəyirlər. Bəs bunun üçün hansı mexanizm və yol var? Üstəlik, növbəti seçkilər zamanı Ukrayna xalqı yenidən Zelenskiyə səs verə bilər. Çünki onlarda əminlik olmayacaq ki, Zelenskini daha böyük vətənpərvər əvəz edə bilər”.

Ekspertin sözlərinə görə, hazırda prezident Putin ümid edir ki, Trampın Zelenski ilə bağlı niyyəti, onu əvəzləmək istəyi Rusiyanın maraqlarına tam uyğundur. “Moskvada əmindirlər ki, Zelenski Rusiyanın xeyrinə və Ukraynanın əleyhinə olan heç bir sazişə imza atmayacaq. Ona görə də başqa biri ilə danışıqlar aparmaq onlar üçün daha yaxşı olardı. Hətta düşünə bilərlər ki, Rumıniya və ya Slovakiyada olduğu kimi Ukraynada da Moskvaya nisbətən mülayim şəxsi hakimiyyətə gətirmək ən yaxşı seçim olardı. İndiki halda hər şey Zelenski, Tramp və Putinin mövqeyindən asılı olacaq”, - deyə A. İsazadə əlavə edib.

Y. QACAR
Избранный
4
reyting.az

1Источники