RU

"Subaylıq haqqında arayış"ın "mygov" üzərindən verilməsinə başlanılıb

"Ailə vəziyyəti haqqında arayış"ın ("Subaylıq haqqında arayış") alınması “mygov” platformasına inteqrasiya edilib...

Bu barədə Poliqon-a İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyindən (İRİA) bildirilib.

Bu yenilik sayəsində vətəndaşlar rəsmi olaraq ailə vəziyyətinin subay olduğunu təsdiq edən sənədi tam rəqəmsal formada əldə edə biləcəklər. “Ailə vəziyyəti haqqında arayış” (Subaylıq haqqında arayış) yeni nikaha daxil olarkən, xaricdə nikah bağlayarkən, mülki-hüquqi məsələlərdə (məsələn, vərəsəlik və ya immiqrasiya prosedurlarında), xarici ölkələrdə vətəndaşlıq və ya daimi yaşayış icazəsi üçün müraciət edərkən tələb oluna bilər.

Xidmətdən istifadə qaydası aşağıdakı kimidir:

Vətəndaş “mygov” platformasına giriş edərək “Xidmətlər” bölməsindən "Subaylıq haqqında arayış" xidmətinə daxil olur
"Yeni müraciət" düyməsinə klik edir
Arayışın təqdim olunacağı yeri seçir: ölkə və ya səfirlik
Siyahıdan uyğun ölkəni və ya səfirliyi seçir
Əlaqə nömrəsini və elektron poçt ünvanını daxil edir
Qeyd bölməsinə əlavə məlumat yazır (İstəyə bağlı olaraq)
Daxil edilmiş məlumatları təsdiqləyir
Yekunda sorğu Ədliyyə Nazirliyinə yönləndirilir
Sənəd hazır olduqdan sonra istifadəçi “mygov” platformasının “Tarixçə” bölməsindən "Sənədə bax" düyməsinə klik edərək arayışı əldə edə bilər. “Ailə vəziyyəti haqqında arayış”ın (Subaylıq haqqında arayış) alınması üçün dövlət rüsumu tələb olunmur.

Poliqon.info

Избранный
50
9
poliqon.info

10Источники