RU

FHN əhalinin maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirib

Fövqəladə Hallar Nazirliyi (FHN) fövqəladə hallarla bağlı davranış qaydaları barədə əhalinin maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirib.

Bu barədə FHN məlumat yayıb.

Belə ki, FHN-in Dövlət Yanğın Nəzarəti, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət xidmətlərinin mütəxəssislərinin də iştirakı ilə Bakı Regional Mərkəzi (RM) tərəfindən Suraxanı rayonu 278 nömrəli və Sabunçu rayonu 90 nömrəli tam orta məktəblərində, Gəncə RM tərəfindən Qazax rayonu V.Musayev adına İkinci Şıxlı kənd və Qazax şəhər İ.Qayıbov adına 3 saylı tam orta məktəblərində, Sumqayıt RM tərəfindən “Azərsu” ASC-nin Bağlar Sukanal İdarəsində tədbirlər keçirilib.

Bunlarla yanaşı, Sumqayıt şəhər 2 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzində və Ceyranbatan qəsəbə Uşaq İncəsənət Məktəbində, Aran RM tərəfindən Goranboy rayon Qızılhacılı qəsəbə 2 nömrəli tam orta məktəbində, Cənub RM tərəfindən Lerik rayon R.Nurullayev adına Cəngəmiran kənd tam orta məktəbində, Muğan RM tərəfindən Hacıqabul rayon Rəncbər kənd tam orta məktəbində, Şimal RM tərəfindən Quba rayonu II Nügədi kənd 1 nömrəli tam orta məktəbində, Şimal-qərb RM tərəfindən İsmayıllı rayonu H.Abbasov adına Qaraqaya kənd ümumi və S.Abbasov adına Yeni Yol kənd tam orta məktəblərində də maarifləndirmə tədbirləri keçirilib.

Tədbirlərin keçirilməsində məqsəd baş verə biləcək təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı zəruri davranış qaydaları barədə vətəndaşlara müvafiq biliklərin verilməsi olub.

Избранный
14
9
aznews.az

10Источники