RU

Azərbaycanda internetin sürətinin digər ölkələrdən aşağı olmasının tarixi səbəbləri var

Azərbaycanda internetin sürətinin zəif olması ilə bağlı səsləndirilən fikirlərlə razı deyiləm.

NOCOMMENT.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin (İKTA) İdarə Heyətinin sədr müavini Ceyhun Hüseynzadə deyib.

O qeyd edib ki, əvvəlki dövrlərlə müqayisədə ölkədə internetin keyfiyyəti ilə bağlı kifayət qədər irəliləyişlər var:

“Son 3 ildə ölkə üzrə internet sürəti üç dəfə artıb. “Onlayn Azərbaycan” layihəsi çərçivəsində GPON texnologiyalarından istifadə 100 %-ə çatıb. GPON texnologiyası əvvəlki digər texnologiyalardan daha sürətli internet təmin etmək qabiliyyətinə malikdir. Odur ki, Azərbaycanda internetin sürətinin zəif olması fikri ilə razı deyiləm. Azərbaycanda internetin sürətinin BƏƏ, Bəhreyn və ya Koreya, Sinqapur kimi bu sahədə irəli gedən ölkələrdən aşağı olmasının tarixi səbəbləri var”.\\Apa

Избранный
3
8
nocomment.az

9Источники