Zəfəran dünyanın ən qiymətli ədviyyatlarından biridir və sağlamlıq üçün çoxlu faydaları var. Yetişdirilməsi çətin olduğu üçün digər ədviyyatlardan baha başa gəlir.
Bəs, zəfəranın faydaları nələrdir?

Medicina.az təqdim edir:
Zəfəran böyümək üçün zəhmət və səy tələb edən bir bitkidir. 1 kq zəfəran əldə etmək üçün təxminən 150 min zəfəran çiçəyi toplamaq lazımdır. Bu səbəbdən dünyanın ən bahalı ədviyyatları sırasındadır.

Faydaları:
- Güclü antioksidant tərkiblidir.
- Hüceyrələri stresdən qoruyaraq yaşlanmanın qarşısını alır.
- Əhval-ruhiyyəni və yaddaşı yaxşılaşdırır.
- Depressiya və narahatlıqdan qurtulmağa kömək edir.
- Beyində serotonin səviyyəsini artıraraq xoşbəxtlik hissi verir.
- Alzheimer və parkinson kimi nevroloji xəstəliklərə qarşı qoruyucu təsir göstərir.
- Göz xəstəliklərinin inkişafını ləngidə bilər.
- Tərkibindəki birləşmələr immunitet sistemini dəstəkləyərək orqanizmi xəstəliklərə qarşı qoruyur.
- Mədəyə sakitləşdirici təsir göstərir.
- Həzmi asanlaşdırır və mədə turşusunu tarazlaşdıraraq qastritdən qoruyur.
- Xolesterol səviyyələrini tarazlayaraq damar sağlamlığını qoruya bilər.
-.Qan təzyiqini aşağı salaraq ürək xəstəliyi riskini azaldar.
- Antioksidant və iltihab əleyhinə xüsusiyyətləri sayəsində dərini gənc və sağlam saxlamağa kömək edir.
- Sızanaq kimi dəri problemlərini aradan qaldırır.
- Menstrual ağrıları aradan qaldıra bilər.
- Menopoz əlamətlərini azaldır.
Aygün
Medicina.az