RU

“Real”ın ulduzunun oğlu və anası evsiz qala bilər: Özü isə…

“Real”ın qapıçısı Tibo Kurtuanın qeyri-qanuni oğul övladını dünyaya gətirən qadın ipoteka borclarına görə evsiz qala bilər.

Publika.az xəbər verir ki, 7 yaşlı Enzonun anası, 50 yaşlı Elza İzak “The Sun”a verdiyi müsahibədə Londonda rütubət və kif səbəbindən dağılan evdə yaşadığını söyləyib.

Qadın 63,000 funt sterlinq borcunun evdən çıxarılma təhlükəsi olduğunu bildirib. “Evimiz dağılır. Biz daha belə yaşaya bilmərik”, – deyə Elza bildirib

Həftədə 240 min maaş alan Kurtua isə Madriddə dəbdəbəli həyat sürür.

Qadının belçikalı futbolçu ilə eşq macərası 2014-cü ildə, o, “Çelsi”yə keçdikdən sonra Londona başlayıb. Üç ildən sonra cütlüyün bir oğlu dünyaya əglib. Həmin vaxt İzak “Versace” moda evində dizayner işləyirdi.

2020-ci ildə məhkəmə Kurtuanı aliment ödəməyə məcbur edib, lakin qadının sözlərinə görə, bu pul kifayət deyil.

Избранный
41
50
publika.az

10Источники