1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Rusiyanın Moskva vilayətinə PUA hücumu nəticəsində azı bir nəfər ölüb, üç şəxs yaralanıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Moskva vilayətinin qubernatoru Andrey Vorobyov özünün "Telegram" kanalında yazıb.
PUA hücumu ilə əlaqədar Moskvanın Şeremyetyevo və Vnukovo hava limanlarının fəaliyyətində fasilə yaranıb, uçuşların təhlükəsizliyini təmin etmək məqsədi ilə sözügedən hava limanlarında təyyarələrin gəliş-gedişinə müvəqqəti məhdudiyyət tətbiq edilib.
Öz növbəsində Moskva meri Sergey Sobyanin paytaxta doğru uçan 69 pilotsuz təyyarənin Hava Hücumundan Müdafiə sistemləri tərəfindən zərərsizləşdirildiyini yazıb.


