İran Hərbi Dəniz Qüvvələri komandanının müavini Həmzə Əli Kavian Rəşt səfərində bəzi açıqlamalar verib. Tribunainfo.az xəbər verir ki, o, İranın Xəzər dənizindəki hərbi donanmasının gücündən və manevr imkanlarından bəhs edib.
Daha sonra isə Xəzərdə xarici qüvvələrin olduğuna işarə edərək, iddia edib ki, İran buna imkan verməyəcək. O deyib: “Xəzər dənizi xarici ölkələrin özünü göstərmək və nümayiş etdirmək yeri deyil. Xəzər sülh dənizidir”.
P.S. İran gah Zəngilandakı camış fermasını İsrailin “hərbi bazası” olduğunu iddia edir. Gah da Xəzər dənizində xarici qüvvələrin “varlığ”ından bəhs edir. Hərçənd Xəzərdə 5 Xəzəryani ölkələrdən başqa kənar bir dövlətin ordusu, donanması yoxdur. Bəs, İran “xarici qüvvə” deyəndə, hansı ölkəni nəzərdə tutur? Görünən odur ki, İrandakı mollalar Azərbaycana “ilişmək” üçün yeni bəhanələr uydurmaqdadırlar.