RU

Trampdan gözlənilməz qərar: Blinken bu hüququndan məhrum edildi

Donald Trampın əmri ilə ABŞ-ın keçmiş dövlət katibi Entoni Blinken və keçmiş milli təhlükəsizlik müşaviri Ceyk Sallivan məxfi məlumatlara çıxışını itiriblər.

Publika.az xəbər verir ki, bu barədə ABŞ Milli Kəşfiyyatının direktoru Tulsi Qabbard sosial şəbəkə hesabında məlumat verib.

Məlumata görə, Hanter Baydenin “Kreml hakerləri”nin məhsulu hesab olunan məktubunu imzalayan 51 nəfərin hamısı Ağ Ev rəhbərinin xoşagəlməz qərarına tuş gəlib.

Xidmətin rəhbəri bildirib ki, Lisa Monaco, Mark Zaid, Norman Eisen, Letitia James, Alvin Bragg və Andrew Weissmanın Məxfi Xidmətin icazələri ləğv edilib.

"Prezidentin gündəlik brifinqi artıq keçmiş prezident Baydenə verilmir", - Qabbard bildirib.

Избранный
28
publika.az

1Источники