Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qazaxıstana rəsmi səfəri çərçivəsində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) ixtisaslaşmış qurumu olan Ərzaq Təhlükəsizliyi üzrə İslam Təşkilatının (IOFS) baş direktoru Berik Arın ilə görüşüb.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, görüşdə Azərbaycan-İƏT əməkdaşlığının gücləndirilməsi, qlobal ərzaq təhlükəsizliyi problemlərinin həlli və birgə təşəbbüslər vasitəsilə davamlı həll yollarının araşdırılması müzakirə edilib.