Kanadanın keçmiş baş naziri Castin Trüdo istefa verdikdən sonra qəribə hərəkəti ilə gündəmə gəlib.
Publika.az xəbər verir ki, Trüdo İcmalar Palatasındakı kreslosunu əlinə götürüb və dilini kameraya göstərib.
Fotoqraflar siyasətçinin kürsüdən tutaraq dilini kameraya göstərdiyi anı lentə alıblar.
Trüdo immiqrasiya siyasəti və yüksək inflyasiya ilə bağlı artan narazılıq fonunda baş nazir vəzifəsini tərk etdiyini açıqladı. Siyasətçi 10 il ölkə hökumətinə rəhbərlik edib.
Kanada Bankının keçmiş rəhbəri Mark Karni hakim Liberal Partiyanın lideri seçilib və o, yeni baş nazir olacaq.