Çimərlik futbolu üzrə Azərbaycan millisi Litva, İngiltərə və Belçika ilə qarşılaşacaq.
Çimərlik futbolu üzrə Avropa çempionatının 1-ci təsnifat mərhələsinin püşkü atılıb.
Operativ Media xəbər verir ki, Azərbaycan yığmasının rəqibləri bilinib. Litva, İngiltərə və Belçika ilə mübarizə aparacaq Azərbaycan millisi B Divizionunun A qrupunda yer alıb.
Bu qrupun oyunları mayın 23-25-də El Puerto de Santa Mariyada (İspaniya) keçiriləcək.