RU

Özbəkistanda güclü partlayış: Ölənlər və yaralananlar var

Özbəkistanda "Navoiazot" adlı böyük kimya zavodunda güclü partlayış baş verib.

Oxu.Az-ın xəbərinə görə, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, partlayış nəticədə yanğın baş verib. Bir nəfər ölüb, 11 nəfər yaralanıb.

Hazırda yanğının söndürülməsi üzrə işlər davam edir.

Hadisə ilə bağlı araşdırma aparılır.

Qeyd edək ki, "Navoiazot" Özbəkistanda 1964-cü ildə istifadəyə verilmiş ən böyük kimya müəssisəsidir. Zavod azot gübrələri, nitron lifi və inteqrasiya olunmuş üzvi sintez məhsullarının istehsalı üzrə ixtisaslaşıb.

Избранный
50
6
milli.az

7Источники