RU

“Çiynimdəki zədə məni çətinliyə saldı” - Güləşçi açıqladı

“Yarış çox çətin keçdi”.

SİA xəbər verir bunu Azərbaycan millisinin güləşçisi Murad Haqverdiyev (65 kq) Heydər Əliyev Beynəlxalq Hava Limanında keçirilən qarşılama mərasimində deyib.

O, Albaniyanın paytaxtı Tiranada da keçirilən U-23 Avropa çempionatındakı çıxışını şərh edib.

Bürünc medal mükafatçısı bildirib ki, rəqibləri olduqca güclü idmançılar olub: “Qızıl üçün bu çempionata getmişdim. Amma qismət olmadı. Biraz zədələrim var idi. İstədiyim performansı göstərə bilmədim. Yarış zamanı əməliyyat olunan çiynim daha da zədələnmişdir. Buna görə çətinlik çəkdim. Lakin medalsız da, qalmadım. Daha da hazırlaşıb qarşıdan gələn yarışlara yaxşı şəkildə hazırlaşacam”.

Müəllif: Banuçiçək Hüseynli
Избранный
29
sia.az

1Источники