RU

Daha 131 hərbçiyə ev veriləcək

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanı ilə yaradılmış Komissiyanın növbəti iclası keçirilib.

“Qafqazinfo” xəbər verir ki, komissiyanın sədri, maliyyə naziri Sahil Babayev Fərmanın icrası olaraq bugünədək dövlət vəsaiti hesabına Azərbaycan Ordusunun 20 il və daha çox qüsursuz xidmət etmiş 4167 nəfər hərbi qulluqçusunun mənzillərlə təmin olunduğunu, bundan sonra da hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması, dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi prosesinin davam etdiriləcəyini bildirib.

Komissiyanın iclasında 2024-cü ilin sonunda dövlət vəsaiti hesabına Bakı və Sumqayıt şəhərlərində alınmış tam təmirli mənzillərdən bölüşdürülməmiş qalan 131 mənzilin bölgüsü aparılıb. Belə ki, Müdafiə Nazirliyi tərəfindən növbəsi çatmış hərbi qulluqçular arasında püşkatma yolu ilə müəyyən edilən bölgü Komissiyanın müvafiq qərarı ilə təsdiq olunub.

Qeyd olunub ki, Komissiya tərəfindən Müdafiə Nazirliyinin təqdim etdiyi siyahılar əsasında mənzil növbəsinə mütəmadi baxılır və vaxtaşırı mənzil almaq hüququ qazanan hərbi qulluqçular mənzil növbəsinə əlavə edilir.

"Cebheinfo.az"

Избранный
49
49
cebheinfo.az

10Источники