RU

Qazaxstandan milyonları sevindirəcək xəbər: xərçəng dərmanı ilin sonuna kimi qeydiyyata alınacaq

Qazaxıstanda xərçəng dərmanı ilin sonuna kimi qeydiyyata alınacaq. “Keçən il biz birinci səviyyəli klinik sınaqları başa çatdırdıq.

İndi işlədiyimiz xəstə pasientlərin sayı artıb… xərçəngin bütün növləri artıq sınaqdan keçirilir”, – Qazaxıstan Respublikası Elm Nazirliyinin rəhbəri Sayasat Nurbek deyib.

Bu il respublikada xərçəng əleyhinə yeni dərman preparatı qeydə alına bilər. Nazirin sözlərinə görə, tədqiqatlar ardıcıl olaraq yaxşı nəticələr verir. “Bir çox xəstələrdə reaksiya yaxşıdır. Keçən il dediyimiz kimi, xüsusi prosedura uyğun olaraq müayinəyə qatılan xəstələrdə orta hesabla şişlərin ölçüsü 30% azalıb və remissiya başlayıb” – Nazir vurğulayıb.
Qeyd edək ki, 2025-ci ildə dərmanı və klinik sınaqların nəticələrini müzakirə etmək üçün mətbuat konfransı keçiriləcək.

//Samir Qurbanov, Editor.az

Избранный
37
editor.az

1Источники