"Roma" mövsümün sonunda müqaviləsi başa çatan Leandro Paredesi komandada saxlamağı bacarıb.
Bizim.Media xəbər verir ki, A Seriyası təmsilçisi argentinalı yarımmüdafiəçinin sözləşməsinin müddətini uzadıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Paredes 2026-cı ilin yayına kimi paytaxt klubunun formasını geyinəcək.
Qeyd edək ki, "Roma" Leandro Paredesi 2023-cü ilin yayında PSJ-dən transfer edib. Argentina millisi ilə dünya çempionu olmuş 30 yaşlı futbolçu bu mövsüm "canavarlar"ın heyətində meydana çıxdığı 27 rəsmi matçda 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Rəşad Rafiqoğlu, Bizim.Media
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта